Müəssisə 2021-ci ildə ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilmişdir.
Ümumi sahəsi 4.200 hektar olan“Şamaxı Aqropark”ın orta illik işçi sayı 160 nəfər olmaqla, mövsümdə bu say 360 nəfərə çatır. Aqroparkın ümümu illik istehsal gücü 90 000 tondur.
Aqroparkın əsas fəaliyyət istiqamətlərindən birini heyvandarlıq təşkil edir. Aqroparkın ərazisində iribuynuzlu südlük və ətlik heyvanlar bəslənilir. Bununla yanaşı, ölkənin süd ehtiyatına olan tələbatının ödənilməsi məqsədi ilə iribuynuzlu heyvanların yetişdirildiyi fermalar da fəaliyyət istiqamətlərinin tərkib hissəsini təşkil edir. Xüsusi olaraq, ferma ərazisində peyin sıxan qurğu da fəaliyyət göstərir ki, bu qurğu vasitəsilə sıxılan peyinlər əkin sahələrində gübrə kimi istifadə edilir.
Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri də əkinçilikdir. Torpağın münbitliyinin artırılması məqsədi ilə orqanik və mineral gübrələrdən istifadə edilir, torpağın üst qatında lazer səviyyələndirmə texnikaları ilə hamarlama işləri aparılır, genişmiqyaslı drenaj kanalları qurularaq şoranlıq problemi həll edilir, əkin üçün yararlı hala gətirilir.
Aqroparkın ərazisində geniş miqyasda müasir, yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, şəkər çuğunduru, buğda və yonca bitkiləri becərilir, torpaq sahələri münbitləşdirilir.Əkin sahələrinin suvarılmasının təmin edilməsi məqsədi ilə su xətti çəkilib, nasosxanalar istifadəyə verilmişdir. Bununla yanaşı təsərrüfatda növbəli əkin də mövcuddur.
Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri də toplanılan silosun saxlanmasının təşkilidir. Bu məqsədlə müvafiq ərazilərdə beton silos quyuları və taxıl saxlama anbarları tikilib.
Aqroparkda bunlarla yanaşı toxumçuluq təsərrüfatı da mövcuddur. Burada toxum təmizləmə (ələmə) bölmə qurulmuşdur. Bu bölümdə toxumlar ilkin olaraq, iri tullantılardan təmizlənir, daha sonra vimləmə başlayaraq digər bütün təmizləmə mərhələlərindən keçirilir, xüsusi dərman vasitələri ilə dərmanlanır və paketlənir.
Eyni zamanda Aqroparkda traktor, kombayn və digər kənd təsərrüfatı texnikasından ibarət nəqliyyat-texnika parkı da qurulmuşdur.